“Əhali ilə aktiv görüşlər aylığı” çərçivəsində Bibiheybətdə sakinlərlə görüş keçirildi

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən «Əhali ilə aktiv görüşlər aylığı» çərçivəsində rayon sakinləri ilə görüşlər davam edir. Bu qəbildən növbəti görüş rayonun ən qədim qəsəbəsi olan Bibiheybət qəsəbə sakinləri ilə keçirilib. Bu görüşün də əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

Səbail RİH-nin Azərbaycan Respublikasının Prezildenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi bu görüş Bibiheybət qəsəbəsinində yaşayan sakinlər və burada məskunlaşmış məcburi köçkünlər, ağsaqqallar və gənclərin nümayəndələrinin, Bibiheybət məscidi ziyarətgahının din xadimlərinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Ənənəvi olaraq açıq mikrofon formatında təşkil olunmuş görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər barədə danışmış qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək. Bu işlər çəvçivəsində qəsəbədə də bir sıra sosial layihələrhəyata keçirilmiş, keçən ay ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Ali Neft məktəbinin yeni kampusunun açılışı olub, Yeni Salyan yolu küçəsində KİV nümayəndələri üçün yeni yaşayış binasının inşası başa çatıb, «Şıx» sanatoriyası əsaslı təmir olunaraq istifadəyə verilib. Son 1 ildə cənab Prezidentin tapşırığına əsasən Bibiheybət qəsəbəsindəki dağ yamağında salınmış «Ekoloji park»da 100 minə yaxın yeni ağac əkilib.

Tədbirdə çıxış edən tanınmış alimlər, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının və Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə, 50 saylı orta məktəbin direktoru Sədaqət Həsənova, Qafqaz Müsəlmanları İdarəsi Səbail-Qaradağ rayonları üzrə qazisi, «Bibiheybət məscid ziyarətgahı» kompleksinin rəhbəri Hacı Rahib Babayev, qəsəbə sakinləri Cabir Məmmədov, Fazil Babayev və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində xalq təsərrüfatının bütün sahələrindəki əldə olunan sosial-iqtisadi inkişafdan, əhalinin sosial vəziyətinin yüksəldilməsinə və regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, olkədə keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışıblar.

Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunaraq, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəkləyərək, ona minnətdarlıq bildiriblər.

Tədbirin videoyazısı