Səbail rayon YAP Qadınlar Şurası müqəddəs Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik etdi

Müqəddəs Ramazan bayramı münasibətilə Səbail rayon YAP Qadınlar Şurasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan tənha, əlil, ahıl və kimsəsiz rayon sakinləri ilə görüşdülər, onlara bayram sovqatlarını təqdim etdilər.

DSMF-nin Səbail rayon şöbəsində keçirilmiş görüşdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev adından rayon sakinlərini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edən Qadınlar Şurasının sədri Təranə Kərimova qayğıya ehtiyacı olan vətəndaşlara dövlət səviyyəsində göstərilən diqqət və qayğı haqqında danışaraq, qeyd etdi ki, bu həssas sosial qruplar daim diqqət mərkəzindədirlər.