Yeni Azərbaycan Partiyasının rəhbərliyi və fəalları Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdilər
21.11.2017Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə partiyanın rəhbərliyi və fəalları noyabrın 21-də Fəxri xiyabana gələrək YAP-ın qurucusu, müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anıldı, məzarı üzərinə tər çiçəklər düzüldü.
Tədbirin videoyazısı
SəsTV