YAP Səbail “6 saylı Oxu Zalı”nın (6 nömrəli tam orta məktəb-liseyin) Ağdam rayonuna xeyriyyə səfəri təşkil olundu

6 nömrəli tam orta məktəb-lisey artıq bir aydan çoxdur ki, hazırlaşdığı Ağdam rayonuna xeyriyyə səfərini gerçəkləşdirdi. Başda məktəbin direktoru, əməkdar müəllim Gülşən Orucova olmaqla, məktəbin on bir müəllimi səfərdə iştirak etdi.

Səfər zamanı, Ağdam rayonu, 106 saylı köçkün tam orta məktəbində I-XI siniflərdə təhsil alan 348 şagirdə geyim əşyaları, dərs vəsaitləri, dərs ləvazimatları və hədiyyələr təqdim edildi. Bundan əlavə, 25 şəhid ailəsi ərzaqla təmin edildi. Şagirdlərin əylənməsi məqsədilə Xəzər TV və kiçik musiqi qrupu da səfərdə iştirak etdilər.

Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdamda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni ziyarət etmək, az da olsa, onlarla hər zaman həmrəy olduqlarını hiss etdirə bilmək səfər iştirakçılarında yüksək təəssüratlar yaratdı.