Səbail rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda növbəti elmi-praktiki konfrans keçirildi
21.12.2017Artıq ikinci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün orta ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir.
Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər. Məktəblərdəki konfranslar bitdikdən sonra bu işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınmışdı. Ötən il ilk dəfə olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitab ictimaiyyətə təqdim olunmuşdur. Bu il də məktəblərdə keçirilən tarix konfranslarının yekunu olaraq «Heydər Əliyev və Azərbaycan tarixi» adlı kitabın artıq ikinci cildi işıq üzü görmüşdür.
Rayon rəhbərliyi, rayondakı idarə, təşkilat və digər qurumların, təhsil müəssisələrinin rəhbərləri, ziyalıların, gənclərin, ağsaqqalların, veteranların və ictimaiyyətin, pedaqoji kollektivlərin təmsilçilərinin və rayonun orta məktəblərinin şagirdlərinin, valideynlərin iştirakı ilə bu konfransların təşəbbüsçüsü olan 6 №-li məktəb-liseydə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ümumrayon konfransı keçirilmişdir.
İlk öncə məktəbdəki Heydər Əliyev Muzeyinin qarşısında qonaqlar və tədbir iştirakçılarına məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycan tarixinin müxtəlif dövrlərini təmsil edən hökmdarların obrazları nümayiş olunmuş və həmin tarixi şəxsiyyətin gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verilmişdir. Bu zaman onları Bülbül adına orta-ixtisas musiqi məktəbinin muğam üçlüyü müşayət etmişdir.
Konfransı açıq elan edən 6 №-li məktəb-liseyin direktoru Gülşən Orucova qonaqları salamlamış, məktəbdə kitabın çapı ilə bağlı görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində özünəməxsus yer tutduğunu bildirərək onun tariximizin dərindən öyrənilməsi və təbliği ilə bağlı gördüyü işlərdən, bu kitabın gələcək nəslin tərbiyəsi və maarifləndirilməsi istiqamətindəki rolundan danışmışdır.
Təqdimat mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin məzunu olduğu bu məktəbin belə konfranslarının təşəbbüskarı olduğunun təqdirəlayiq hal kimi qeyd edərək, Ulu Öndər Heydər Əliyevin zəngin irsi və Prezident İlham Əliyevin hamı tərəfindən dəstəklənən fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan tarix konfranslarında Səbail rayonunun orta məktəblərinin 300-dən çox şagirdi Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid məqalələrlə çıxışlar etmiş, sonda Səbail RİH tərəfindən şagirdlərin hazırladıqları məqalələrdən seçilən 47 işin toplandığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitabın 2-ci cildi hazırlanmış və bu yekun konfransda həmin kitab ictimaiyyətə təqdim olunur. Bu kitabın nəşri həm də şagirdlərimizin gələcəkdə tariximizi daha dərindən öyrənmələrinə, onun ayrı-ayrı dövrlərinin araşdırılmalarına marağı artıracaqdır. Başçı məktəbliləri və onların müəllimlərini belə bir maraqlı kitabın işıq üzü görməsi münasibətilə ürəkdən təbrik etdi.
Konfrans iştirakçılarından 6 №-li məktəbin şagirdi Mətanət Quliyeva, 7 №-li məktəbin şagirdi Emil Rüstəmli, 2 №-li Texniki-Humanitar elmlər liseyinin şagirdi Yəmən Əzizli, 91-№-li məktəbin şagirdi Elmira Qoca və başqaları kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlıqlarını bildirdilər.
Digər çıxışlarda diqqətə çatdırıldı ki, gələcəkdə də bu seriyadan olan yeni kitablar çap olunacaqdır.