YAP Gənclər Birliyi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi
19.01.2018Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il ötür.
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 300-dən çox üzvü Şəhidlər Xiyabanını ziyarət etdilər, Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə qərənfillər düzdülər.
Şəhidlərimizi bir daha rəhmətlə anır və ruhları qarşısında baş əyirik!