Milli Azərbaycan Tarixi Muzeyində “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi

Yanvarın 30-da Milli Azərbaycan Tarixi Muzeyində YAP Səbail “Azərbaycan tarixçiləri” ərazi ilk partiya təşkilatı və Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov, Bakı Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Gündüz Vəliyev, gənc alimlər, muzey əməkdaşları və KİV nümayəndələri iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı. Nailə xanım bildirdi ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə tərəqi edir, insanların həyata baxışı təzələnir, dövlət idarəçiliyinin, iqtisadiyatın, mədəniyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. AMEA-da da gənc alimlərə xüsusi diqqət göstərilir. Onların yaşayış səviyələrinin yaxşılaşdırılması, elmi fəaliyətlərinin qiymətləndirilməsi ilə bağlı müəyən tədbirlər həyata keçirilir.

Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov öz çıxışında qeyd etdi ki, hazırda, dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycanın gənc alimləri də elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyəti ilə seçilir. Elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində, gənc almlərimiz cəmiyətin avanqard qüvvəsinə çevrilib. F.Salmanov bu ildə AMEA-nın dəstəyi ilə gənc alimlərlə birgə gördüyü işləri iştirakçıların nəzərinə çatdırdı.

Daha sonra tədbirdə iştirak edən natiqlər “2 fevral – Azərbaycan Gənclər Günü” ilə bağlı çıxışlar etdilər. Gənc alimlərə gələcək işlərində müvəffəqiyətlər arzuladılar.

Sonda elmi və səmərəli fəaliyətinə görə fərqlənmiş gənc alimlər Fəxri Fərmanlarla təltif olundular.

Tədbir musiqi nömrələrindən ibarət bədii hissə ilə davam etdi.