YAP Səbail rayon təşkilatı və Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə konsert keçirildi

Bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə geniş konsert proqramı təşkil olundu.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və YAP Səbail “Filarmoniya” ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, rayonun müəssisə və idarələrini təmsil edən gənclər, partiya fəalları, rayon ictimaiyyəti nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.

Tədbir iştirakçılarını ürəkdən salamlayan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Səbail gənclərinin timsalında bütün Azərbaycan gənclərini bu əlamətdar və əziz gün münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Deputat Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə gənclər siyasətinin tamamilə yeni əsaslarda qurulması, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasəti sahəsində aparılan ardıcıl tədbirlər və əldə olunan əhəmiyyətli nəticələr, gənclərimizin ölkəmizdə gedən ictimai-siyasi proseslərdə rolu, eləcə də Azərbaycan gəncləri üçün qarşıda duran hədəflər və onların üzərlərinə düşən böyük və məsuliyyətli vəzifələr haqqında geniş məlumat verdi.

Bildirildi ki, Azərbaycanın ümummilli inkişaf strategiyasının əsasında dayanan ən mühüm prioritetlərdən biri gənclər siyasətidır. Gənclərimizə dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənclər Azərbaycanın gələcək inkişafını müəyyən edən ən mühüm insan kapitalıdır, bu amil olmadan dövlətçiliyimizin, müstəqilliyimizin gələcəyi yoxdur. Bu səbəblə də, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi ki, gənclərimiz milli-mənəvi dəyərlərimizə, tariximizə, dövlətçiliyimizə bağlı hisslərlə, duyğularla böyüməli və tərbiyə olunmalıdırlar. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndərin gənclərə həmişə böyük qayğı göstərməsi, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirməsi haqqında danışan millət vəkili diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev müstıqil Azərbaycana rəhbərlik etdiyi son on il ərzində gənclərlə 43 dəfə görüşmüş və gənclərlə bağlı 20-dən çox xüsusi sərəncam və sənəd imzalamışdır. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1996-cı ilin 2 fevral tarixində Azərbaycan gənclərinin I Forumu keçirilmiş və dahi rəhbər məhz bu tarixi günü “Azərbaycan Gənclərinin Günü” kimi bütün Azərbaycan gənclərinə bəxş etmişdir.

Gənclərimizin milli ruhda tərbiyəsi və yüksək standartlarda təhsil alması üçün lazımi dövlət dəstəyinin təmin olunması istiqamətində görülən işlərdən geniş bəhs edən Ş.Hacıyev xüsusi vurğuladı ki, bununla əlaqədar olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra ölkəmizdə mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmış, gənclərin inkişafı ilə bağlı əhəmiyyətli proqramlar uğurla icra olunmuşdur. Nəinki şəhərlərdə, rayon və kəndlərdə yaşayan gənclərimizin potensialını üzə çıxartmaq üçün ölkəmizdə mövcud olan geniş imkanlar haqqında danışan deputat bu istiqamətdə gənclərimiz üçün konkret məqsəd və vəzifələrin müəyyən olunduğunu və uğurla yerinə yetirilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, cənab Prezidentin xüsusi sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin yanında təsis olunmuş Gənclər Fondu, Elmin İnkişafı Fondu, Bilik Fondu və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətini xüsusi qeyd etdi. Bildirildi ki, bütün bu əməli fəaliyyət və bu sahədə görülmüş işlər nəticəsində Azərbaycanda gənclər siyasəti tamamilə düşünülmüş, ardıcıl və proqram-məqsədli siyasətə çevrilmiş və bu siyasət sistemli şəkildə həyata keçirilməkdədir. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, icra strukturlarında, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təmsil edirlər.

Ölkəmizdə gedən ciddi inkişaf prosesləri, Azərbaycanın nüfuzunun ildən-ilə artması, dövlətimizin dünyada söz sahibinə çevrilməsi, ölkə başçısının təşəbbüsü və dəstəyi ilə reallaşdırılan böyük transmilli layihələr, Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, ölkəmizin bir çox iqtisadi göstəricilərinə görə dünyada qabaqcıl mövqelərdə olması və qısa müddətdə əldə edilən digər misilsiz nailiyyətlərimizi diqqətə çatdıran rayon partiya təşkilatının sədri vurğuladı ki, bu gün Azərbaycanda qərarlaşmış ictimai-siyasi sabitliyi, sarsılmaz xalq-iqtidar birliyini qorumaq hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərimizin müqəddəs vəzifəsidir. 2018-ci ilin növbəti Prezident seçkiləri ili kimi Azərbaycan tarixinə daxil olacağını qeyd edən Ş.Hacıyev bildirdi ki, bununla əlaqədar olaraq, xüsusilə müasir texnologiyalar əsrində gənclərimizin üzərinə ciddi və məsuliyyətli vəzifələr düşür. Gənclərimiz hər zaman olduğu kimi ölkəmizin ictimai-siyasi həyatında və rayonumuzda gedən proseslərdə yaxından iştirak etməli, sosial şəbəkələrdə fəal olmalı, sağlam düşüncəli vətənpərvər gənclər olaraq, ölkədə aparılan mütərəqqi və alternativsiz siyasətə öz etimad, inam və dəstəklərini nümayiş etdirməlidirlər. Bugünkü tədbirin təşkilatçılarına ürəkdən təşəkkür edən və gənclərimizi bir daha səmimi qəlbdən təbrik edən deputat əminliyini ifadə etdi ki, YAP Səbail rayon təşkilatının hər bir üzvü, xüsusilə gənclərimiz Prezident seçkilərində ən fəal surətdə iştirak edəcəklər və Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm zəfərə imza atacaqdır. Yaşasın Azərbaycan gəncliyi, yaşasın doğma Azərbaycanımız!

Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı və bu sahədə əldə edilən nailiyyətlərdən danışdı. Qeyd edildi ki, gənclərlə iş bir neçə istiqamətdə aparılır. Buraya həm gənclərin sağlam həyat tərzinə cəlb olunması, istedadlı və yaradıcı gənclərlə bağlı, eyni zamanda, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlər aiddir. Xüsusi vurğulandı ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis olunub.

Sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə respublikanın bütün rayonlarının iştirakı ilə keçirilən “Debat turniri”nin qalibi olan YAP Səbail rayon təşkilatının gənclər təşkilatının üzvləri, eləcə də Səbail rayonunun ictimai-siyasi həyatında xüsusi fərqlənən gənc partiya üzvləri mükafatlandırıldı.

Tədbir geniş konsert proqramı ilə davam etdi. Konsertdə Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış etdi.

Konsertdə “Şerlok Xolms və Doktor Vatson”, “Briqada”, “Missiya yerinə yetirilməzdir”, “Çəhrayı Pantera”, “Karib dənizinin quldurları”, ”Babək”, ”Dədə Qorqud” və digər filmlərdən musiqilər dinlənildi, milli və müxtəlif ölkələrin rəqsləri ifa olundu.

Yüksək əhval ruhiyyədə keçən tədbir xoş təəssüratlarla yadda qaldı.

Tədbirin videoyazısı
Geniş konsert proqramı
Təbrik nitqi
CBC Channel