11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi təşviqat kampaniyasına başladı

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19.03.2018-ci il tarixində YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verildi.

Saat 00:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda Prezident seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başladılar.

Tərtib olunmuş qrafikə uyğun olaraq 23 mart tarixindən başlayaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

Səs qazeti [PDF]
Yeni Azərbaycan qazeti [PDF]