YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində təbliğat-təşviqat qrupunun nümayəndələri ilə görüş keçirildi
26.03.2018Bu gün, 11 aprel Prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Səbail rayonu üzrə seçki qərargahında təbliğat-təşviqat qrupunun nümayəndələri ilə geniş tərkibdə görüş keçirildi.
Görüşdə Prezident seçkiləri ilə əlaqədar təşviqat kampaniyası üçün hazırlanmış tədbirlər planı və qərargah üzvləri arasındakı iş bölgüsü müzakirə edildi, təbliğat kampaniyasının səmərəliliyinin yüksəldilməsi məqsədilə təşviqat qrupunun üzvlərinə müvafiq tövsiyə və tapşırıqlar verildi.
Bildirildi ki, Səbail rayonu üzrə seçki qərargahına seçki kampaniyası təcrübəsi olan, dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də Referendum – ümumxalq səsverməsində iştirak edən və hazırda Səbail rayonunun aparıcı idarə və müəssisələrində məsul vəzifələrdə çalışan partiya fəalları, alimlər və ziyalılar cəlb olunmuş, təbliğat-təşviqat qrupuna daxil edilmişlər. Təşviqat kampaniyası çərçivəsində Səbail rayonu üzrə seçki qərargahının başlıca vəzifələri haqqında geniş geniş məlumat verən Qərərgah sədri diqqətə çatdırdı ki, biz bu təbliğat kampaniyasını yüksək fəallıqla və böyük ruh yüksəkliyi ilə keçirməliyik, elə etməliyik ki, Səbail rayonunda qeydiyatda olan seçicilərin mütləq əksəriyyəti 11 aprel günü seçki məntəqələrinə gəlsin və səsini ən layiqli namizədə – Liderimiz İlham Əliyevinə versin. Səbail rayonunda bu gün yüksək seçici fəallığı müşahidə olunur. Bizim digər namizədlərdən fərqli olaraq istənilən auditoriyada deyəcək sözümüz, qeyd olunacaq uğurlarımız misli ilə çoxdur. YAP-ın vahid namizədi cənab İlham Əliyevin 2003-cü ildən etibarən ötən dövr ərzində həyata keçirdiyi çoxşaxəli və genişmiqyaslı işlər, müasir müstəqil Azərbaycanımıza qazandırdığı tarixi nailiyyətlər, xalqımızın rifahının yüksəldilməsinə, vətəndaşların güzəranının ilbəil yaxşılaşdırılmasına xidmət edən və milli mənafeləri hər şeydən üstün tutan siyasəti hər bir Azərbaycanlının qəlbində böyük qurur hissi yaratmışdır. Təşviqat kampaniyası çərçivəsində xalqımıza, cəmiyyətimizin bütün təbəqələrinə sosial yönümlü iqtisadi inkişafımız, hər bir vətəndaşın rifahının yaxşılaşdırılmasına hədəflənən məqsədli inkişaf proqramlarımız, ictimai-siyasi həyatımızda baş verən müsbət keyfiyyət dəyişiklikləri, görülın misilsiz abadlıq-quruculuq işləri, Azərbaycanın iştirakçısı və bilavasitə tərəfdaşı olduğu nəhəng transkontinental layihələrin ölkəmiz üçün vəd etdiyi çoxsaylı iqtisadi, siyasi, sosial dividendlər və s. haqqında ətraflı məlumat vermək və seçiciləri düzgün istiqamətə yönəltmək bizim başlıca vəzifəmizdir. YAP-ın Lideri və vahid namizədi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın xoşbəxt gələcəyinə yönəlmiş və cəmiyyət həyatının istisnasız olaraq bütün sahələrinin davamlı inkişafını, strateji yol xəritələrinin müəyyən etdiyi hədəfləri, eləcə də xarici siyasət sahələrini özündə ehtiva edən platforması haqqında geniş auditoriyalarda daha düzgün və inandırıcı məlumatlar və izahatlar vermək lazımdır ki, seçicilər gələcək siyasi taleyimizin etibarlı əllərdə olduğuna əmin olsunlar və milli təhlükəsizliyimizin, yüksək rifahımızın, müstəqil və qüdrətli Azərbaycanımızın qarantı olan Liderimizə olan etimadlarını 11 aprel günü seçki məntəqələrində bir daha nümayiş etdirsinlər. Əminik ki, “İLHAMLA İRƏLİ!” şüarı ilə keçirəcəyimiz təbliğat-təşviqat kampaniyanı uğurla başa vuracaq və Səbail rayon seçicilərinin bu seçkilərdə də mütəşəkkil iştirakını təmin edərək Yeni Azərbaycan Partiyamızın növbəti möhtəşəm qələbəsini təmin edəcəyik!
Görüş müzakirələr və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi ilə davam etdi.