Səbail rayonunda təbliğat-təşviqat kampaniyası böyük ruh yüksəkliyi ilə davam edir
06.04.2018Aprelin 6-da Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsində rayon seçiciləri ilə növbəti görüş keçirildi.
Bayram əhval-ruhiyyəsi və seçicilərin yüksək fəallığı şəraitində keçirilən görüşdə Milli Məclisin deputatı, YAP Səbail rayon seçki qərargahının və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, YAP Mərkəzi Seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvləri, YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, 500-dən çox Badamdar, Bayıl, 20-ci sahə, Bibiheybət qəsəbəsi sakinləri, ziyalılar, partiya veteranları, təhsil, səhiyyə, rabitə, mədəniyyət işçiləri, rayonun müxtəlif idarə və təşkilatlarının çoxsaylı nümayəndələri, tələbələr, gənclər iştirak etdilər. Görüşdə təbliğat-təşviqat qrupunun üzvlərinin, gənclərin, seçicilərin çoxsaylı çıxışları dinlənildi, möhtərəm Prezidentimiz və 11 aprel prezident seçkilərində YAP-ın vahid namizədi cənab İlham Əliyevin ünvanına alqışlarla müşayiət olunan şüarlar səsləndirildi və bir daha yekdilliklə ifadə olundu ki, Səbail rayonunda bütün seçicilərin, sadə vətəndaşların bu seçkilərdə yekdil seçimi Azərbaycanın və xalqımızın etibarlı, xoşbəxt gələcəyinin təminatçısı cənab İlham Əliyevdir!
Milli Məclisin deputatı, YAP Səbail rayon seçki qərargahının və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, möhtərəm Prezidentimizin müstəqil Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində görülmüş genişmiqyaslı işlər, həyata keçirilmiş nəhəng layihələr, siyasi-iqtisadi və sosial islahatlar bütün mənalarda Azərbaycanın bu coğrafiyanın ən qüdrətli ölkəsinə çevrilməsi, dövlətimizin dünyada nüfuzunun yüksəlməsi, əhalinin rifahının ilbəil daha da yaxşılaşması, bilavasitə ölkə başçısının rəhbərliyi ilə hazırlanmış və gələcəyə hədəflənmiş möhtəşəm transmilli layihələrin və strateji proqramların reallaşdırılması belə qənaətə gəlməyə tam əsas verir ki, bu seçkilərdə siyasi çəkisi və elektoratın mütləq əksəriyyətinin dəstəyi və rəğbəti baxımından cənab İlham Əliyevlə müqayisə oluna biləcək ikinci namizəd yoxdur. İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə ölkəmiz üçün, bu coğrafiya üçün, dünya üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transkontinental layihələr reallaşdırıb, müasir Azərbaycan tamamilə yenidən qurulub, təkcə paytaxt Bakı yox, bütün Azərbaycan regionlarında abadlıq-quruculuq işləri aparılıb, ən yeni texnologiyalara əsaslanan zavodlar, fabriklər, texnoparklar, sənaye şəhərcikləri, sosial obyektlər, təhsil, səhiyyə, mədəniyyət müəssisələri tikilib, iki milyona yaxın yeni iş yerləri açılıb. İlham Əliyevin intellekti, idarəçilik məharəti, müdrik və uzaqgörən siyasəti artıq Azərbaycan hüdudlarından kənara çıxaraq qlobal xarakter alıb. Ölkə başçısı Azərbaycanı dünyada öz sözünü deməyə qadir olan ölkəyə çevirib, dəfələrlə dünya birliyinin ən ali beynəlxalq birliyi olan BMT-nin Baş Assambleyasının toplantılarında, eləcə də dünyanın ən mötəbər forumlarında dünya ictimaiyyəti qarşısında yeni dünya düzəninin formalaşması üçün konstruktiv təkliflərlə çıxış edib, dünyada bu gün geniş meydan alan ikili standartların, ədalətsizliyin, separatizmin, terrorizmin, ksenofobiya, islamafobiya və s. bu kimi neqativ tendensiyaların qarşısının alınması üçün konkret mexanizmlər və konstruktiv təkliflər irəli sürüb ki, bütün bular da dünya siyasətçiləri və ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.
Deputat son illər ərzində Azərbaycan cəmiyyətində formalaşmış sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, multikultural dəyərlərin, tolerantlığın həyat tərzinə çevrilməsi, sosial sferada həyata keçirilmiş genişmiqyaslı işlər haqqında geniş danışaraq qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin ən böyük nəticələri xronoloji cəhətdən bu qısa müddət ərzində qüdrətli, modern, dinamik inkişaf edən və milli təhlükəsizliyi tam təmin olunmuş Azərbaycan dövlətinin yaranması və dövlət müstəqilliyimizin əbədiləşməsi kimi dəyərləndirilir. Bu gün Azərbaycan dünya üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox əhəmiyyətli ölkəyə çevrilib, həyata keçirilən nəhəng transkontinental layihələr nəticəsində Azərbaycan üç dənizi və üç qitəni birləşdirərək sərhədlərini bu mənada xeyli genişləndirib, ən əsası isə Azərbaycanda aparılan bu düşünülmüş və uzaqgörən siyasət nəticəsində Ermənistan adlı dövlət dünya üçün tamamilə əhəmiyyətsiz bir ölkəyə çevrilib, qlobal və regional inkişaf yolunda böyük maneə yaradan ölkə statusunu qazanıb. Böyük güclərin çarpazlaşan maraqlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq bu coğrafiyada balanslaşdırılması ölkə başçımızın yüksək intellekti, cəsarətli və uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. İlham Əliyev, ölkədaxili siyasəti və xarici diplomatiyası ilə qlobal düşüncəli Lider olduğunu artıq sübut etməklə, regionumuzdakı geosiyasi strateji dialoq formatını bu illər ərzində köklü surətdə dəyişib və Azərbaycan məhz İlham Əliyevin Liderliyi ilə bu strateji dialoqa önəmli tərəfdaş və söz sahibi kimi daxil olub. Digər tərəfdən, bu dövr ərzində Türk dünyası dövlətlərini bir araya gətirmək və bu gücü bir istiqamətə yönəltmək türk-islam dünyası üçün çox önəmli bir vəzifəyə çevrilmişdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi üçün Prezident İlham Əliyevin müdrik, uzaqgörən, cəsarətli və müstəqil siyasəti nəticəsində Azərbaycan bütünlükdə Türk dünyasında sistemyaradıcı ölkə statusuna yüksəlmişdir. Bütün bu qeyd olunanlar cənab İlham Əliyevin Vətənimiz, xalqımız, dövlətçiliyimiz üçün gördüyü işlərin və misilsiz xidmətlərin əzəmətini ifadə edir.
Səbail rayonunun paytaxtın “paytaxtı” sayılan mərkəzi rayon kimi daim xüsusi siyasi fəallığı ilə seçildiyini diqqətə çatdıran Ş.Hacıyev bildirdi ki, Səbail seçiciləri, ümumiyyətlə Azərbaycan xalqı çoxdan öz seçimini edib. Bizim ən böyük məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çıxarmaqdır. Əminik ki, qədirbilən xalqımız partiyamızın Lideri və vahid namizədi cənab İlham Əliyevə növbəti prezidentlik dövrü üçün mandat verəcək və biz gələcək möhtəşəm uğurlarımıza məhz, möhtərəm Prezidentimizin rəhbərliyi ilə nail olacağıq. Azərbaycanı gələcəkdə böyük iqtisadi, siyasi uğurlar, yüksək rifah gözləyir. Biz bu gələcəyə yeni dövrün yeni Lideri ilə, İlham Əliyevlə gedirik! İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız geri qaytarılacaq və ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycan üzərində şanlı Azərbaycan bayrağı qürurla dalğalanacaqdır! Yaşasın Yeni Azərbaycan Partiyası və Onun vahid namizədi! Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Heydər Əliyev-İlham Əliyev siyasəti! Böyük qələbələrə doğru İLHAMLA İRƏLİ!!!
YAP Mərkəzi Seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvü, YAP Siyasi Şurasının üzvü, millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli xalqımızın çox məsuliyyətli və şərəfli seçim qarşısında olduğunu qeyd edərək bildirdi ki, dünyaşöhrətli siyasətçi olan cənab İlham Əliyev bu gün yalnız Yeni Azərbaycan Partiyasının yox, ümumxalq namizədidir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən çoxsaylı görüşlərdə yüksək seçici əhval-ruhiyyəsi müşahidə etdiyini qeyd edən komitə sədri bildirdi ki, cəmiyyətimizin bütün təbəqələrində cənab İlham Əliyev siyasətinə böyük etimad, inam və dəstək mövcuddur. Ötən 14 ilin nəticələri və yekunları bir daha sübut edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu tendensiya ardıcıl surətdə davam etməkdədir. Ümummilli tərəqqini təmin edən bir faktor olaraq sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara müvafiq surətdə uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi kimi fundamental məqsədləri reallaşdırır. Azərbaycanın gələcək tərəqqisi, dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin bundan sonra da qorunması bilavasitə İlham Əliyevin adıyla bağlıdır. Əminik ki, cənab İlham Əliyev bu seçkilərdə də ümumxalq dəstəyi qazanaraq növbəti möhtəşəm qələbəyə imza atacaqdır.
YAP Mərkəzi Seçki qərargahının təbliğat-təşviqat qrupunun üzvü, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu qlobal imperializmin milli dövlətləri sıxışdırdığı, istismar etdiyi müasir dövrdə Azərbaycanın tam müstəqil siyasət apardığını qeyd edərək vurğuladı ki, bu siyasətin əsasında birmənalı olaraq Azərbaycan xalqının milli maraqları dayanır. İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndi, əhalinin təhlükəsizliyini, sosial rifahını təmin edən institusional qurumlar tam təşəkkül tapdı, ölkədə ərzaq, şirin su, informasiya, hərbi, siyasi-diplomatik təhlükəsizlik təmin olundu. İlham Əliyev bu dövr ərzində Azərbaycanda, daxil olan bütün informasiyasını milli maraqlarımıza əsasən şərh etməyi bacaran intellektual cəmiyyət formalaşdırmağa nail oldu və Azərbaycan mənəviyyatını Lələtəpə zirvəsinə ucaltdı. Azərbaycan dövlətini, Azərbaycan xalqını, Azərbaycan bayrağını irəli götürmək iqtidarında olan yeganə Lider və namizəd cənab İlham Əliyevdir! Son 14 ildə ölkəmizdə əldə olunan bütün fundamental uğurların müəllifi və gələcək nailiyyətlərimizin təminatçısı İlham Əliyevdir! Deputat xoşbəxt və firavan gəlcəyimiz üçün seçiciləri İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət etdi.
YAP Mərkəzi Seçki qərargahının Səbail rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Əvəz Bayramov 11 aprel seçkilərinin xalqımızın, millətimizin, dövlətimizin gələcəyini müəyyənləşdirəcək məsuliyyətli proses olduğunu qeyd edərək bildirdi ki, burada düzgün seçim etməmək Azərbaycanı gələcək fəlakətlərə sürükləyə bilər. Azərbaycanda Ulu Öndər epoxası davam edir və ümumxalq qərarı da məhz Ulu Öndərin xalqımız, dövlətimiz üçün müəyyənləşdirdiyi strateji hədəflərə uyğun olmalıdır. Cənab İlham Əliyev Ümummilli Liderimiz Heydər Əliyev dühasının daşıyıcısı olaraq, ümummilli ideyalarımızı, dəyərlərimizi yaşadan və həyata keçirən müasir Liderdir. İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən transkontinental layihələr kiçik Azərbaycanı Xəzər regionunda və Yaxın Şərq coğrafiyasında böyük ölkə etdi. Bu gün Azərbaycanda gözləntilərimizlə potensialımız arasında adekvatlıq var, bu səbəblə də 11 aprel günü seçki məntəqələrinə gedərək güclü Azərbaycanın güclü Liderinə səs verməliyik. Yaşasın Azərbaycan! Yaşasın İlham Əliyev!
YAP Mərkəzi Seçki qərargahının Səbail rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev ölkəmizdə əmin-amanlığın, sabitliyin, rahat həyat şəraitinin hökm sürməsi haqqında danışaraq, bu firavan həyatımızı İlham Əliyevə, onun düşünülmüş siyasətinə borclu olduğumuzu qeyd etdi. Hər bir azərbaycanlının daxilən, təbiətən Heydər Əliyevçi olduğunu vurğulayan Ə.Qarayev ölkəmizdəki bu siyasətin davamlı olması üçün 11 aprel günü seçiciləri yekdilliklə İlham Əliyevə səs verməyə çağırdı. Çünki Azərbaycan xalqı İlham Əliyevdir, İlham Əliyev Azərbaycan xalqıdır!
Çıxış edən Yeni Azərbaycan Partiyasının gənc fəalları Məhərrəm Məhərrəmli, Bəyim Nəbiyeva və digər seçicilər müstəqil müasir Azərbaycanın ilbəil daha da qüdrətlənməsi, cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm uğurlarımız və Azərbaycanın, ölkə başçısının ölkə hüdudlarından kənarda, beynəlxalq arenalarda nüfuzunun getdikcə artmasından iftixarla danışaraq, möhtərəm Prezidentimizlə, Ali Baş Komandanımızla, müasir Azərbaycanımızla, rəşadətli Azərbaycan əsgəri ilə fəxr etdiklərini bildirdilər. Qeyd olundu ki, İlham Əliyev siyasətinə səs vermək Azərbaycanın xoşbəxt gələcəyinə, yüksək rifaha, tərəqqiyə, sabitliyə və böyük qələbələrə səs vermək deməkdir. Odur ki, İLHAMLA İRƏLİ!!!
”İki Sahil” qazeti
”Yeni Azərbaycan” qazeti
”Səs” qazeti