Azərbaycan xalqı seçkiyə belə gedir… – Səbaildə gözəl nümunə

Sabah Azərbaycanda prezident seçkiləridir. Bir millət və dövlət olaraq tariximizdə mühüm mərhələdir. Təbii ki, bu prosesdə xalqın, vətəndaşların yaxından iştirakı hər bir vətəndaşın  Vətən və millət qarşısında borcu hesab olunur.

Bu gün Bakının Səbail rayonunda yerləşən Bünyad Sərdarov küçəsi, 22 ünvanında vətəndaşların ölkənin ictimai-siyasi həyatındakı ən mühüm hadisəyə verdiyi reaksiya olduqca təqdirəlayiqdir.

Bəli, xalq seçkiyə bayram əhval-ruhiyyəsi ilə gedir. Bu gün regionumuzda siyasi münasibətlərin silah gücü ilə aydınlaşdırıldığı dövrdə Azərbaycanda müşahidə olunan bu mənzərə müasir Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin zəhmətinin boşuna getməməsindən xəbər verir.

Hər zaman millət və dövlət olaraq bir olmağımız şərtdir!

Hamını – SEÇKİLƏRƏ, hamını – gələcəyinin quruculuğunda İŞTİRAKA çağırırıq!!!