Beynəlxalq müşahidəçilər: Azərbaycanda səsvermə prosesi mükəmməl təşkil edilib
11.04.2018“Apardığımız müşahidələrə əsasən deyə bilərəm ki, Azərbaycanda 11 aprel prezident seçkiləri yüksək səviyyədə təşkil olunub və səsvermə prosesində heç bir qayda pozuntusu aşkarlamamışıq.” AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya parlamentinin üzvü Devid Tomas Morris Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində jurnalistlərə bildirib.
D.Morris qeyd edib ki, müşahidəçilərimiz artıq bir sıra məntəqələrdə səsvermə prosesini izləyiblər və bir neçə məntəqəyə də baş çəkəcəklər. Müşahidələrimizə əsasən deyə bilərəm ki, seçki prosesi mükəmməl təşkil olunub.
“The London Post” qəzetinin baş redaktoru Şahid Əhməd Qureşi isə bildirib ki, seçki prosesi çox gözəl təşkil olunub. Seçici fəallığı yüksək idi, məntəqələrdə bütün qayda-qanuna əməl edilirdi. Ümumilikdə, deyə bilərəm ki, səsvermə prosesi çox yaxşı səviyyədə keçdi.
XXX
“Seçkilərdə Azərbaycan vətəndaşlarının öz iradələrini ifadə etmələrinə mane ola biləcək hər hansı bir nöqsan və ya maneəyə rast gəlmədik. Seçki məntəqələrinin açıldığı andan seçicilərin fəallığını qeyd etmək istərdim. Biz gün ərzində bir çox seçki məntəqəsində müşahidə aparmışıq. Seçicilər fəallıqla səs verirdilər. Bu, Azərbaycan seçicilərinin respublikanın taleyinə olan marağını və dövləti məsələlərdə fəal iştirakını nümayiş etdirir.” AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıdakı 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Moldova parlamentinin vitse-spikeri Vladimir Vityuk jurnalistlərə müsahibəsində deyib.
V.Vityuk bildirib ki, seçki komissiyalarının işinə gəldikdə, bütün seçki məntəqələri vaxtında açılıb, bütün prosedurlara riayət olunub. Seçki məntəqələrinə gələn vətəndaşlar öz adlarını siyahılarda tapır, bülleten alıb səs verirdilər. Digər müşahidəçilərlə söhbətdə də biz səsvermə prosesi barədə müsbət rəylər eşitdik. Bu isə Azərbaycan dövlətinin və Mərkəzi Seçki Komissiyasının seçkilərin demokratik, azad prinsiplərə uyğun keçirilməsi üçün lazımi tədbirlər gördüyünü nümayiş etdirir.
Moldova parlamentinin dövlət idarəçiliyi və regional inkişaf komitəsinin sədri xanım Violetta İvanova bildirib ki, olduğumuz bütün məntəqələrdə qayda-qanuna uyğun şərait müşahidə etdik. Qeyd etməliyəm ki, səsvermədə iştirak edən gənclərin sayı çox idi.
“Bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Deməliyəm ki, bu, bayramdır. Çünki müşahidələrimiz göstərir ki, səsvermə sakit, nizam-intizamlı keçdi. Bu isə onu göstərir ki, ölkədə demokratik dəyərlərə çox böyük önəm verilir”, – deyə xanım V.İvanova əlavə edib.
XXX
Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlament Assambleyası müşahidə missiyası Azərbaycan prezidenti seçkilərində səsvermə prosesinin gedişini izləməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri, 29 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edən İlyas Umaxanov Azərbaycan xalqını ölkənin həyatında çox mühüm siyasi hadisə – prezident seçkiləri münasibətilə təbrik edib.
“Biz MDB PA-dan beynəlxalq müşahidəçilər olaraq Mərkəzi Seçki Komissiyasının çox dəqiq və sistemli işini görürük. Mən Azərbaycanda prezident seçkilərini artıq 4-cü dəfədir müşahidə edirəm. Həm təşkilatçılıq, həm də əhval-ruhiyyə seçkidən-seçkiyə yaxşılaşır, həmçinin seçki qanunvericiliyi mükəmməlləşir. Bu islahat daha şəffaf, daha demokratik, cəmiyyətin bütün təbəqələrinin ümumi maraqlarına xidmət istiqamətində gedir. Qafqazda qəbul olunub ki, insanlar sözə deyil, əmələ güvənirlər. İnsanlar səsverməyə xoş əhval-ruhiyyə, gələcəyə inamla, ölkələrini sabit, rifah, sülh şəraitində görmək ümidi ilə gəlirlər. Əminik ki, Azərbaycan xalqı düzgün seçim edəcək”, – deyə İlyas Umaxanov vurğulayıb.
Seçki 2018_Beynəlxalq müşahidəçilər 29 saylı Səbail seçki dairəsində_132-134 saylı məktəbdə məntəqə
Seçki 2018_Beynəlxalq müşahidəçilər 29 saylı Səbail seçki dairəsində_DİA, Filarmoniya məntəqələrində
Seçki 2018_Slovakiya parlamentinin üzvü seçkiləri müşahidə etdi
Seçki 2018_Slovakiya parlamenti üzvlərinin mətbuat konfransı