YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Hacan Hacısoy “ATATÜRK” mükafatına layiq görüldü
11.05.2018Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, “91-lər”dən olan və Azərbaycan Dövlət Neft və Sənaye Univetsitetinin Neftin, qazın geotexnoloji problemləri və kimya Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, dosent, əməkdar müəllim, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının fəxri professoru Hacan Hacıyev Türk Dünyasının ən mötəbər mükafatlarından olan “ATATÜRK” mükafatına layiq görülmüşdür. Alim-pedaqoqa bu yüksək mükafat Türk Dünyası mədəniyyətinin, elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə təqdim edilmişdir.
YAP Səbail rayon təşkilatının 25 minlik üzvləri adından biz də tanınmış alim və diplomat Hacan Hacıyevi bu yüksək mükafat münasibətilə ürəkdən təbrik edir, ona elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!