YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə müqəddəs Ramazan bayramı münasibətilə Səbail rayonunun aztəminatlı ailələrinə bayram sovqatları paylanıldı

Dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı hər il olduğu kimi, bu il də öz ənənəsinə sadiq qaldı və aztəminatlı rayon sakinləri üçün növbəti bayram aksiyasını həyata keçirdi.

Rayon partiya təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda yaşayan 100-dən çox aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi veteranlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan əlil, tənha, ahıl və kimsəsiz rayon sakinlərinə Ramazan bayramı sovqatları paylanıldı.

Partiya təşkilatının qərargahında reallaşdırılan xeyriyyə tədbiri çərçivəsində bayram sovqatlarını alan rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına, rayon rəhbərliyinə və xeyirsevər insanlara təşəkkür etdilər.

YAP Səbail rayon təşkilatı olaraq, xalqımızı müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımıza möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar, əmin-amanlıq, sülh, hər bir ailəyə xoşbəxtlik və süfrələrimizə ruzi-bərəkət arzu edirik. Allah Prezidentimizi, dövlətimizi qorusun, inşallah növbəti Ramazan bayramını Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda qeyd edək. Amin!