Türkiyədəki seçkilərdə TÜRKPA müşahidə missiyasında Azərbaycan Milli Məclisinin üzvləri təmsil olundular
25.06.2018Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Səhiyyə komitəsinin, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun və TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri Əhliman Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri üzvlərindən təşkil olunan, eləcə də TÜRKPA Katibliyinin nümayəndələri tərəfindən müşayiət olunan TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Türkiyə Respublikasında keçirilən növbədənkənar prezident və parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Ankarada səfərdə oldular.
Müşahidə missiyasının tərkibində Milli Məclisinin deputatları Şəmsəddin Hacıyev, Səttar Möhbalıyev və İlham Əliyev təmsil olundular.
Müşahidə missiyanın üzvləri paytaxt Ankarada bir sıra dairələrdə seçki məntəqələrini ziyarət ederək səsvermə prosesini müşahidə etdilər. Həmçinin, missiya üzvləri səsvermə bitdikdən sonra səslərin sayılması prosesində iştirak etdilər.
Missiya üzvləri, müşahidə programı çərçivəsində, Respublika Xalq Partiyasının (CHP) sədr müavini cənab Tekin Bingöl, Xalq Demokratik Partiyasının (HDP) Qrupunun sədr müavini xanım Filiz Kerestecioğlu, Milli Hərəkat Partiyasının (MHP) sədr müavini cənab Mevlüt Karakaya və Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qrupunun sədr müavini cənab Naci Bostancı, eləcə də Yüksək Seçki Şurasının sədri cənab Sadi Güven ilə görüşdülər.
Görüşlərdə, Türkiyədə ədalətli və şəffaf seçkilərin keçirilməsi baxımından TÜRKPA Missiyasının seçkiləri müşahidə etməsinin əhəmiyyəti vurğulandı, seçki müşahidəsini həyata keçirən digər beynəlxalq təşkilatlarla yanaşı, TÜRKPA-nın fəaliyyətlərinin Türkiyədə demokratik seçkilərin keçirilməsində mühüm rol oynayacağını qeyd edildi. Yüksək Seçim Kurulun (Ali Seçki Qurumu) sədri cənab Sadi Güven hazırlıq prosesinin texniki və logistik məsələləri barədə missiyaya məlumat verdi, missiya üzvlərinin suallarını cavablandırdı, eləcə də tərəflər seçki prosesi barədə fikir mübadiləsi apardılar. Missiyanın rəhbəri Əhliman Əmiraslanov seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə inamını ifadə etdi.
Türkdilli Ölkәlәrin Parlament Assambleyası
AzərTAC