Səbaildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü qeyd olundu

Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikamızda ilk dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. 

Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 49 illiyi münasibəti ilə Səbail rayonunun idarə, təşkilat və müəssisələrində müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlərdən biri də bu gün, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail Rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı, rayonun Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, QHT-lərin, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçirilmişdir.

Tədbirin əvvəlində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad olundu.

Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçılarını və qonaqları salamlayaraq, Ümummmilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 49 il əvvəl – 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilmişdir. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, Vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin yorulmaz fəaliyyəti, bilik və bacarığı, gərgin əməyi sayəyində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar ölkəsi olan Azərbaycan sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu.

1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Toplantıda çıxış edən YAP Səbail rayon Təşkilatı İdarə Heyətinin üzvü Hacan Hacıyev, Аzərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon Təşkilatının sədri İlham Əliyev, Azərbaycan Respublikası Veteranlar Şurası sədrinin müavini, polkovnik Cəlil Xəlilov, Səbail RİHBA-nın şöbə müdiri Anar Axundzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev və başqaları Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışdılar. Qeyd olundu ki, Səbail rayonunun ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respubliksının Prezidenti, Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi və ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər və bu işlərdə ona hər zaman dəstək olmağa hazırdırlar.