YAP Səbail rayon təşkilatı tərəfindən növbəti xeyriyyə aksiyası həyata keçirildi

Respublikamızın və Səbail rayonunun ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatı artıq ənənə halını almış xeyriyyəçilk fəaliyyətini davam etdirir və yardıma ehtiyacı olan aztəminatlı rayon sakinlərinə, müharibə veteranlarına, şəhid ailələrinə, əlillərə, tənha qocalara, yataq xəstələrinə və kimsəsizlərə daim xüsusi diqqət göstərir.

“21 sentyabr – Beynəlxalq Sülh Günü”nə təsadüf edən bu gün, bu silsilədən olan növbəti xeyriyyə aksiyası həyata keçirildi. YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Səbail rayonunda yaşayan 120-dən çox aztəminatlı ailəyə, o cümlədən Qarabağ müharibəsi veteranlarına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsinin qeydiyyatında olan əlil, tənha, ahıl və kimsəsiz rayon sakinlərinə ərzaq sovqatları paylanıldı.

Partiya təşkilatının qərargahında reallaşdırılan xeyriyyə tədbiri çərçivəsində sovqat paylarını alan rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Yeni Azərbaycan Partiyasına, rayon rəhbərliyinə və mərhəmətli insanlara təşəkkür etdilər.