Səbail rayonunda Azərbaycan Dövlət Musiqili Teatrının “Toya bir gün qalmış” tamaşasına ictimai baxış keçirildi

Dekabrın 25-də YAP Səbail rayon təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” tamaşasının nümayişində iştirak etdilər.

Əli Səmədlinin müəllifi olduğu iki hissəli komediyanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Baş rollarda Xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Ələkbər Əliyev çıxış edirlər.

Gözəl səhnə tərtibatı və aktyorların məharətli oyunu ilə seçilən tamaşa seyircilərin böyük marağına səbəb oldu.

Video