Deputat Səbail rayonu sakinlərini qəbul etdi
18.04.2019Aprelin 18-də 29 saylı Səbail seçki dairəsi üzrə Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev növbəti dəfə rayon sakinlərini qəbul etdi.
Qəbul zamanı sənədləşmə, müalicə və məişət məsələləri ilə bağlı vətəndaşların problemləri dinlənildi, sakinlərə müvafiq izahatlar verildi və həlli zaman tələb edən məsələlər icraata götürüldü.
Sakinlər Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsinə xidmət edən və sosial paket çərçivəsində icra olunan davamlı sosial-iqtisadi islahatlara görə minnətdarlıqlarını, dövlətin dəstəyini gündəlik məişət həyatlarında hiss etdiklərini bildirdilər və onları narahat edən problemlərin yaxın zamanda həll olunacağına dair əminliklərini ifadə etdilər.
Qeyd edək ki, son dövrlərdə respublikamızda, o cümlədən Səbail rayonunda görülən işlər, aparılan islahatlar nəticəsində vətəndaşlardan onları narahat edən problemlərlə bağlı daxil olan müraciətlərin sayı minimuma enmişdir. Bu göstərici onu ifadə edir ki, rayonun bütün icra strukturları cənab Prezidentin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirirlər və vətəndaşlara layiqli xidmətlər göstərirlər.