Səbailli gənclər valideyn himayəsindən məhrum olan uşaqları ziyarət etdilər

Səbailli gənclər uşaq evinə ziyarət təşkil etdilər.

Ziyarətdə YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydərli və gənc fəallar iştirak etdilər.

Gənclər uşaq evini ziyarət edərək, valideyn himayəsindən məhrum olan uşaqlara baş çəkdilər, onlara müxtəlif hədiyyələr apardılar.

Uşaqlar gəncləri böyük sevinc hissi ilə qarşıladılar. Görüş zamanı gənclər uşaqlarla söhbət etdilər, onlarla oyunlar oynadılar.

Kimsəsiz uşaqlar üçün bu cür ziyarətlər əvəzolunmazdır, çünki beləliklə onlar yalnız olmadıqlarını və cəmiyyətin qayğısını hiss edirlər.