Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solisti Fəxri Kazım-Nicatın solo konserti keçirildi
02.05.2019Mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rəşid Behbudov adına Mahnı Teatrının və Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solisti, bir neçə beynəlxalq müsabiqənin laureatı Fəxri Kazım-Nicatın solo konserti keçirildi.
Dövlət Sərhəd Xidmətinin yaradılmasının 100 illiyinə və öz yaradıcılıq fəaliyyətinin 15 illiyinə həsr olunan gecədə müğənni klassik, bəstəkar və xalq mahnıları ifa etdi.
İki saata yaxın davam konsertdə 800-dən çox tamaşaçı iştirak etdi və solistin məharətli ifasını gürultu alqışlarla müşayiət etdilər.