YAP Səbail rayon Gənclər Birliyi və Etika Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı
03.06.201903 iyun 2019-cu il tarixində YAP Səbail rayon Gənclər Birliyi və Etika Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Müqaviləni YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli və Etika Akademiyasının direktoru Günel İbrahim imzaladılar.
Etika Akademiyası milli kadrların beynəlxalq və qlobal standartlara uyğun ixtisaslaşması istiqamətində təlimlər təşkil edir. Əməkdaşlıq müqaviləsində YAP gənclərinin Akademiyanın fərdi inkişaf proqramlarında və daxili bacarıqlarının inkişafına yönəlik natiqlik, idarəçilik, liderlik və s. təlimlərində iştirakı nəzərdə tutulmuşdur.
Müqavilənin əsas məqsədi etik prinsipləri iş dünyasının iştirakçısı olan gənclərə aşılamaq və yüksək standartlara uyğun kadrları formalaşdırmaq, eləcə də təşkilatların və qurumların uğur əmsalını formalaşdıran insan resurslarını stresədavamlı, beynəlxalq standartlara, etika və estetikanın təmininə uyğun hazırlaşdırmaqdır.
Etika Akademiyasının təlimçiləri beynəlxalq statuslu və uğur göstəriciləri yüksək olan ekspertlərdir. Həmçinin Akademiya tərəfindən “IBS Group” ilə bağlanan memorandum əsasında Böyük Britaniyanın müxtəlif universitet və institutlarının ixtisas sənədləri, diplomları və sertifikatlarını təqdim edir. Akademiyanın təlim proqramlarını uğurla bitirən iştirakçılar Etika Akademiyasının “Tövsiyyə məktubu”nu əldə edirlər.