Ramazan bayramı münasibətilə aztəminatlı rayon sakinlərinə bayram sovqatları təqdim olundu

YAP Səbail rayon Qadınlar Şurasının təşkilatçılığı ilə iyunun 5-də Ramazan bayramı münasibətilə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin qeydiyyatında olan aztəminatlı ailələrlə görüş keçirildi, əlillərə, ahıllara, tənha və kimsəsizlərə bayram sovqatları paylanıldı.

Görüşdə YAP Səbail rayon Qadınlar Şurasının sədri Təranə Kərimova çıxış edərək hər kəsi müqəddəs Ramazan bayramı münasibətilə təbrik etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətindən danışan T.Kərimova ölkəmizdə hər bir vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində görülən misilsiz işlər, aparılan genişmiqyaslı sosial-iqtisadi islahatlar haqqında məlumat verdi.

Sakinlər onlara göstərilən diqqət və qayğıdan danışaraq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial siyasətin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsini minnətdarlıq hissi ilə qeyd etdilər.

Sonra Səbail rayonunda müxtəlif ünvanlarda yaşayan əlillər və yataq xəstələri evlərində ziyarət olundu, onlara bayram sovqatları təqdim olundu.

Tədbirdə YAP könüllüləri və 132-134 saylı Təhsil Kompleksinin əməkdaşları iştirak etdilər.