YAP Səbail rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirildi

İyunun 11-də YAP Səbail rayon təşkilatının qərargahında 8 iyun 2019-cu il tarixində Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Sədr müavini – İcra katibi və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə işgüzar yığıncaq keçirildi.

Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev partiya təşkilatı qarşısında qoyulan vəzifələr haqqında məlumat verdi.

Daha sonra verilən tapşırıqlar üzrə ciddi müzakirələr aparıldı, YAP Səbail rayon “İçərişəhər” (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) ərazi ilk partiya təşkilatının sədri Akif Əzizov,  “Ekspertlər” (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) ərazi ilk partiya təşkilatının sədri Orxan Ağayev, “Azərbaycan tarixçiləri” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi) ərazi ilk partiya təşkilatının sədri Pərvanə Əzimova, “Müharibə veteranları” ərazi ilk partiya təşkilatının sədri İlham Əliyev, “Voleybolçular” (Azərbaycan Voleybol Federasiyası) ərazi ilk partiya təşkilatının sədri Əbülfəz Hüseynov, “Botanik” (AMEA Botanika İnstitutu) ərazi ilk partiya təşkilatının sədri İmran Babayev və “Ailə problemləri” (AiləQadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) ərazi ilk partiya təşkilatının üzvü, Komitənin əməkdaşı Aynur Veysəlova-Abbasova tərəfindən səsləndirilən təkliflər dinlənildi.

Yığıncaqda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında konkret vəzifələr qoyuldu.