Səbail rayonu sakinləri üçün qəbul keçirildi
21.06.2019İyunun 21-də 29 saylı Səbail seçki dairəsi üzrə Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev növbəti dəfə rayon sakinlərini qəbul etdi.
Qəbulda vətəndaşların sənədləşmə və məişət məsələləri ilə bağlı problemləri dinlənildi. Problemlər əsasən evlərin sökülməsi zamanı dəyən maddi zərərin ödənilməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülmə, məşğulluq və pensiya təminatı, mənzildə əlavə giriş-çıxış yerinə icazə verilməsi və s. məsələləri əhatə edirdi. Bütün bunlarla əlaqədar olaraq sakinlərə müvafiq hüquqi izahatlar və tövsiyələr verildi, bəzi məsələlərlə bağlı aidiyyəti qurumlara məktublar ünvanlanacağı bildirildi və həlli zaman tələb edən digər məsələlər nəzarətə götürüldü.
Sakinlər Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsinə xidmət edən və sosial paket çərçivəsində icra olunan davamlı sosial-iqtisadi islahatlara görə minnətdarlıqlarını, dövlətin dəstəyini gündəlik məişət həyatlarında hiss etdiklərini bildirdilər və onları narahat edən problemlərin yaxın zamanda həll olunacağına dair əminliklərini ifadə etdilər.