YAP-ın İcra Katibliyində partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin və gənclər birliklərinin sədrlərinin iştirakı ilə müşavirə keçirildi
28.06.2019İyunun 28-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin və gənclər birliklərinin sədrlərinin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirdi.
Əli Əhmədov diqqətə çatdırdı ki, sabitlik, əmin-amanlıq insanların rahat və təhlükəsiz yaşaması üçün əvəzedilməz şərtdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir. Bütün bunların sayəsində Azərbaycan inkişaf edir.
YAP Sədrinin müavini onu da vurğuladı ki, partiyamızın üzvləri, o cümlədən gənclər Azərbaycanın uğurlarını ictimaiyyət arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. Çünki müstəqil Azərbaycanın inkişafını gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar.
YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov, həmçinin partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verdi.