Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirildi
10.09.2019Bu gün, Aşura günü ilə əlaqədar Təzəpir məscidində ənənəvi qanvermə aksiyası keçirildi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Səməd Seyidov, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Hikmət Babaoğlu (Məmmədov), Qənirə Paşayeva və ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri qanvermə aksiyasında iştirak etdilər.
Qeyd edək ki, bu il Aşura günündə qanvermə aksiyası 25 şəhər-rayon üzrə 33 məntəqədə keçirildi. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.