Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə yerlərdə görüşlər keçirildi
14.09.2019Əhali ilə yerlərdə görüşlərin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 14-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Səbail rayonu seçki dairəsi üzrə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində və 20-ci yaşayış sahəsi, E.Əzizov küçəsində rayon sakinləri ilə görüşlər keçirdilər. Görüşlərdə rayon sakinləri ilə yanaşı, RİHB-nın müavinləri, rayonun xidmət sahələrinin, idarə və müəssisələrinin rəhbərləri iştirak etdilər.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşlərdə əhaliyə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial təminatının gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində imzalanan yeni fərman və sərəncamlar barədə məlumat verildi, dövlətimizin başçısının həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə atılan hər bir addımın təməlində vətəndaş amilinin dayandığı sakinlərin nəzərinə çatdırıldı.
Görüşlərdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini qeyd etdilər.