90 yaşı tamam olan rayon sakini, qocaman mədəniyyət işçisi Suriyə Rzayeva yubileyi münasibətilə evində ziyarət olundu
14.09.2019Ömürboyu Badamdar qəsəbəsində yaşayan, 50 ildən artıq müddətdə kitabxanada çalışmış qocaman mədəniyyət işçisi Rzayeva Suriyə Babaəli qızı 90 illik yubileyi münasibətilə evində ziyarət olundu.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Səbail rayonu seçki dairəsi üzrə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, eləcə də Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və YAP Səbail rayon təşkilatının əməkdaşları Badamdar qəsəbəsi, Neftçilər küçəsi, ev 3, mənzil 22 ünvanında yaşayan 90 yaşlı rayon sakinini evində ziyarət etdilər və onu yubileyi münasibətilə təbrik etdilər.
Yubilyara uzun ömür və cansağlığı arzulayan RİH başçısı və deputat qeyd etdilər ki, Suriyə xanım 50 ildən artıq müddətdə mədəniyyət sahəsində çalışdığı dövr ərzində ölkəmizin intellektual potensialının möhkəmlənməsinə və gənclərin düzgün istiqamətdə inkişafına dəyərli töhfələr vermişdir. Suriyə xanım kimi sözün əsl mənasında işinin-peşəsinin fədailərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman böyük diqqət və qayğı ilə yanaşılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar bütün sahələrdə olduğu kimi, sosial müdafiəyə ehtiyacı olan insanların da rifah halının yaxşılaşdırılmasına yönəlib. Bu islahatların mühüm istiqamətlərindən biri də ahıl insanların sosial müdafiəsinin gücləndirilməsinə və layiqli həyat şəraitinin təmin edilməsinə hədəflənib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.
Yubilyarın adından, qızı anasına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi və ölkəmizin inkişafı, çiçəklənməsi naminə görülən işlərdə ölkə başçısına uğurlar arzuladı.