Səbail rayonunun YAP fəalları “Azərbaycan mədəni irsi Luvr muzeyində” sərgisini ziyarət etdilər

“Azərbaycan mədəni irsi Luvr muzeyində” sərgisinin başa çatmasına cəmi bir neçə gün qalır.

Azərbaycan Milli Xalça Muzeyində təşkil olunan bu sərgini hər gün yüzlərlə insan ziyarət edir. Dünyaşöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında yer alan və ilk dəfə Bakıda nümayiş etdirilən nadir eksponatlarla üç ay ərzində 35 minə yaxın şəxs tanış olmuşdur.

Sentyabrın 26-da Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Səbail rayonunun YAP fəalları sərgini ziyarət etdilər.