Yeni Azərbaycan Partiyasının gəncləri “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fleşmob keçirdilər
11.10.2019Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyətə ünvanlandığı “Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı ümummilli ideya kimi qəbul edilərək ətrafında milyonları toplamışdır.
Bu bəyanatın doğurduğu ümumxalq əhval-ruhiyyəsinin bir göstəricisi olaraq Yeni Azərbaycan Partiyasının gəncləri tərəfindən “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi ilə fleşmob keçirilib.
Tədbirə yüksək vətənpərvərlik ruhunda, böyük maraq və həvəslə qatılan tələbələr “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
VİDEO
YAP Gənclər Birliyi
YAP Səbail GB