Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirildi

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirildi.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdi ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri görməlidir.

Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparıldı.

Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verildi.