YAP Səbail rayon “Xəzər dənizçiləri” ərazi ilk partiya təşkilatı “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasında yaxından iştirak edir
14.10.2019“Valday” Beynəlxalq Diskussiya Klubunun oktyabrın 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışına dəstək olaraq Gənclər və İdman Nazirliyi və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi 2019-cu il oktyabrın 7-dən “Qarabağ Azərbaycandır və nida işarəsi” Beynəlxalq Gənclər Kampaniyasına start verib.
Kampaniyaya YAP Səbail rayon “Xəzər dənizçiləri” (“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO)) ərazi ilk partiya təşkilatının üzvü, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun gənc əməkdaşı Vüsal Məmmədov da qoşulub.
Bu kampaniyanın məqsədi Ermənistan rəsmilərinin yalan və həqiqəti əks etdirməyən bəyanatlarının ifşasının, o cümlədən Qarabağın Azərbaycana məxsusluğunu sübut edən faktları beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasını təmin etmək üçün gəncləri, gənclər təşkilatlarını, xaricdə təhsil alan və yaşayan azərbaycanlı gəncləri səfərbər etməkdir. Kampaniya çərçivəsində tarixi sənədlər və faktlar, beynəlxalq qurumların qəbul etdiyi sənədlər, şəkillər və videolar “Facebook” və “Twitter” sosial şəbəkələrində #Karabakh #AllForKarabakh və #KarabakhIsAzerbaijan həştəqlərindən istifadə edərək BMT-nin rəsmi dillərində tvitlər, postlar paylaşılacaq.