YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasını uğurla davam etdirir
07.11.2019Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Səbail rayonunda uğurla davam etdirilir.
Rayonda 3 bələdiyyə üzrə Yeni Azərbaycan Partiyası tərəfindən 41 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin qeydə alınması üçün noyabrın 5-dən imza toplanması prosesinə başlanılıb. Səbail rayonu bələdiyyələrinə irəli sürülmüş YAP namizədləri yerlərdə sakinlərlə görüşür, imza toplayırlar.
Seçicilər partiyamızın irəli sürdüyü namizədlərin xeyrinə imza verirlər.