YAP Səbail rayon Gənclər Birliyinin təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun keçirildi

Noyabrın 16-da YAP Səbail rayon Gənclər Birliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin YAP Gənclər Birliyinin İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “Nə? Harada? Nə zaman?” formatlı intellektual oyun keçirildi.

Oyunda 27 komanda iştirak etdi. İntellektuallar bu dəfə ümumi mövzuda biliklərini sınağa çəkdilər.

Gərgin mübarizə şəraitində keçən yarışda “Forever” komandası 9 xalla qalib gəldi.