Deputat növbəti dəfə rayon sakinlərini qəbul etdi
18.11.2019Noyabrın 18-də 29 saylı Səbail seçki dairəsi üzrə Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev növbəti dəfə rayon sakinlərini qəbul etdi.
Qəbula gələn vətəndaşlar bir sıra məişət, kommunal, məşğulluq, sosial təminat, ticarət və s. məsələlərlə əlaqədar onları narahat edən problemləri bildirdilər.
Sakinləri tək-tək dinləyən deputat bəzi problemləri yerindəcə həll etdi, digər məsələlərlə bağlı müvafiq tədbirlər görüləcəyini qeyd edərək, həmin məsələlərin daim nəzarətdə olacağını vurğuladı.
Rayon sakinləri ölkədə aparılan sosial siyasətdən və vətəndaşa göstərilən xidmət səviyyəsindən razılıqlarını ifadə etdilər və ölkə başçısına minnətdarlıqlarını bildirdilər.