Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirildi
30.11.2019Noyabrın 30-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə ümumrespublika müşavirəsi keçirildi.
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdi ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi bu seçki kampaniyasının da yüksək səviyyədə həyata keçirilməsi üçün lazımı işləri həyata keçirib.
Müşavirədə seçkilərə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparıldı.
Müşavirədə daha sonra qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq məsələləri ilə bağlı partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyə və tapşırıqlar verildi.