Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində Bələdiyyə seçkisinin təşviqat mərhələsinə uğurla start verildi

Bu gün, 23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkisinin təbliğat-təşviqat mərhələsinə start verildi.

“Xalq üçün” devizi ilə təşviqat kampaniyasına başlayan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, Bələdiyyə seçkisinə də yüksək ab-hava ilə başladı.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində də Bələdiyyə seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən namizədlərin təşviqat işlərinə start verildi. Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat plakatları və Səbail, Badamdar və Bibi-Heybət bələdiyyələri üzrə namizədlikləri irəli sürülmüş 41 nəfərin vahid formada hazırlanmış təşviqat palakatları Səbail rayonunun 30 məntəqə seçki komissiyalarının dislokasiyalarına əsasən qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıldı.

Bunlardan əlavə ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları da hazırlanmışdır ki, onlar da seçicilərə paylanacaq və partiya fəalları YAP-ın seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.

Seçkiqabağı təşviqatın aparılması dekabrın 22-si saat 08:00-da dayandırılacaqdır.