YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli “ŞƏMS” Milli Mükafatına layiq görüldü

Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “EMEDIA GROUP” tərəfindən təsis olunan “ŞƏMS” Milli Mükafatı sahiblərinə təqdim edildi.

Tədbirdə millət vəkilləri, korifey sənətkarlar, televiziya kanallarının rəhbərləri və aparıcıları, mədəniyyət və incəsənət xadimləri, dövlət məmurları, iş adamları, ictimai-siyasi fəallar mükafatlarla təltif olundular.

Təqdimat mərasimində YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli ictimai sahədə fəal və səmərəli iştirakına görə “ŞƏMS” Milli Mükafatına layiq görüldü.

Riyad müəllimi bu növbəti yüksək mükafat münasibətilə ürəkdən təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.