Səbail rayonunda Yeni Azərbaycan Partiyasının namizədinin imzatoplama kampaniyası uğurla davam edir
04.01.2020VI çağırış Milli Məclisinə 09 fevral 2020-ci il tarixində keçiriləcək seçkilər üçün Yeni Azərbaycan Partiyası tərəfindən 29 saylı Səbail seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Hüseynova Aytən Arif qızının Səbail rayonunda imzatoplama kampaniyası uğurla davam edir.
YAP-ın namizədi üçün imzalar rayon ərazisindəki qəsəbələrdə və məhəllələrdə toplanılır. YAP-ın namizədi Hüseynova Aytən Arif qızı imzatoplama kampaniyasında şəxsən iştirak edir.