YAP Səbail rayon təşkilatında müşahidəçilərlə görüş keçirildi

Bu gün, Azərbaycan Respublikasının Milli Məclisinə 9 fevral tarixində keçiriləcək növbədənkənar seçkilər ilə əlaqədar YAP Səbail rayon təşkilatında seçki məntəqələrində səsvermə prosesini izləyəcək müşahidəçilərlə görüş keçirildi.

Görüşdə YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavinləri Muxtar Nağıyev, Əhliman Qarayev Mehman İsmayılov çıxış edərək partiyanı təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verdilər.

Sonra müşahidəçiləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

”Səs” qəzeti
”İki Sahil” qəzeti