Səbail rayon sakinləri Parlament seçkilərində fəallıq nümayiş etdirdilər

Səbail rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər demokratik və aşkarlıq şəraitində həyata keçirildi.

45 min seçicinin qeydiyyatda olduğu Səbail rayonu seçiciləri səhər saat 8:00-dan etibarən rayon ərazisində fəaliyyət göstərən məntəqələrə gələrək, gün ərzində azad və şəffaf şəkildə səsvermədə iştirak etdilər.

Rayon ərazisini əhatə edən 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələrinin tərkibində ümumilikdə 40 məntəqə, həmçinin seçki dairələrinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr fəaliyyət göstərir. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə tam təchiz olunub.

Şəffaflığın təmin olunması məqsədilə rayon ərazisindəki əksər məntəqələrdə veb-kameralar quraşdırılıb. Səbail rayon seçki məntəqələrində müşahidəçilərin internetdən veb-kameraların vasitəsilə məntəqələri izləməsi mümkün olub. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb.

Məntəqələrdə seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait mövcud olub.

29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksindəki 4 saylı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2 saylı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 7 saylı və 6 nömrəli məktəb-liseydə fəaliyyət göstərən 6 saylı seçki məntəqələrində, eləcə də 23 saylı Nəsimi-Səbail seçki dairəsinin Azərbaycan Dövlət Pedaqoji Universitetindəki 21 saylı və 7 nömrəli tam orta məktəbdəki 22 saylı məntəqədə seçicilərin fəallığı daha çox müşahidə olundu.

Video

”Yeni Azərbaycan” qəzeti
”Səs” qəzeti