YAP Səbail rayon təşkilatı YAP-ın “Sağlamlığımız milli həmrəyliyimizdədir” sosial aksiyasına qoşuldu

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası həyata keçirilir. Aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.

YAP Səbail rayon təşkilatı bu aksiyada yaxından iştirak edir. Mart ayının 21-dən 29-dək keçirilən aksiyanın ilk günündə YAP Səbail rayon təşkilatının könüllü gəncləri rayon ərazisində yaşayan tənha, köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkmiş, onlara koronavirusdan qorunma və sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırmaqla xəstəlikdən qorunma üsullarını izah etmişlər.

Könüllü gənclər Səbail rayonu ərazisində bu aksiyanı gələcək günlərdə də davam etdirəcək, rayonun aztəminatlı sakinlərinə baş çəkəcək və onlara gigiyenik vasitələri təqdim etməklə maarifləndirmə işlərini davam etdirəcəklər.