YAP Səbail rayon təşkilatının könüllü gəncləri tənha yaşayan sakinlərə xüsusi karantin rejimində yardımlar edir, sosial xidmətlər göstərirlər
28.03.2020Qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin ölkəmizdə daha da gücləndirilməsi və vətəndaşlarımızın sağlam həyat tərzinin qorunması məqsədi ilə respublika ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanların evdən çıxmaq imkanı olmadığından Prezident İlham Əliyevin çağırışına əsasən, Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, sosial xidmətlər göstərirlər.
Bu gün YAP Səbail rayon təşkilatının könüllü gəncləri Aydın Məmmədov küçəsi 93, mənzil 8 ünvanında yaşayan ailəyə baş çəkdilər, mövcud xüsusi karantin rejimi ilə əlaqədar onların yaşadıqları çətinliklərə şərik oldular və yaşlı insanların sifarişi əsasında gündəlik lazım olan ərzaq və tibbi vasitələri onlara çatdırdılar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan YAP-ın fəalları və könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
#EvdəQalVirusaYoluxma #SağlamlığımızMilliHəmrəyliyimizdədir #BizBirlikdəGüclüyük