YAP Səbail rayon təşkilatı rayon ərazisində yaşayan aztəminatlı, tənha, sosial müdafiəyə ehtiyacı olan sakinləri daim diqqət mərkəzində saxlayır
01.04.2020Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə koronavirus epidemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.
YAP Səbail rayon təşkilatının könüllü gəncləri ölkə ərazisində elan olunan karantin rejimi ilə əlaqədar olaraq rayon ərazisində yaşayan aztəminatlı, tənha, sosial müdafiəyə ehtiyacı olan sakinlər, müharibə veteranları, şəhid ailələri ilə mütəmadi əlaqə saxlayır və onlara lazımi köməkliklər göstərirlər.
Əhalinin sağlamlığını və sosial müdafiəsini xüsusi diqqətdə saxlamalı olduğumuz bu çətin və həssas dövrdə Qarabağ müharibəsi veteranı Quluyev İsax Qulu oğlu (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti, vəsiqə MV № 00977) mümkün köməkliklə bağlı YAP Səbail rayon təşkilatına müraciət etdi. Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirləri YAP Səbail rayon könüllüləri tərəfindən bir daha müharibə veteranının diqqətinə çatdırıldı və veteranımıza təşkilatımız tərəfindən maddi yardım göstərildi.
#EvdəQalVirusaYoluxma #BizSizəxidmətedərik