YAP Səbail rayon təşkilatı karantin rejimi ilə əlaqədar tənha yaşayan və ahıl partiya üzvlərinə sosial xidmətlər göstərir
01.04.2020Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının könüllüləri yaşı 65-i keçmiş tənhaları, ahıl vətəndaşları evlərində ziyarət edir, onlara zəruri ərzaq yardımları edir və sosial xidmətlər göstərirlər.
YAP Səbail rayon təşkilatının könüllüləri də bu milli həmrəylik aksiyasında fəal iştirak edirlər.
Respublika ərazisində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən YAP Səbail rayon təşkilatı tərəfindən sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinin ehtiyaclarının qarşılanması üçün operativ tədbirlər həyata keçirilir. Ötən günlərdə YAP Səbail rayon təşkilatının qeydiyyatında olan və yaşı 65-dən yuxarı olan partiya üzvlərinin siyahısı tərtib olunmuş, ahıl yaşda olan 80 nəfər partiya üzvünün hər biri ilə telefon əlaqəsi saxlanılmış, onların ehtiyacları müəyyənləşdirilmiş və evlərə gedilməsi üçün müvafiq qrafik tərtib olunmuşdur.
Martın 31-də YAP Səbail rayon təşkilatının könüllü gəncləri yaşı 65-dən yuxarı olan ümumilikdə 10 nəfər partiya veteranını evlərində ziyarət etdilər. YAP könüllüləri tərəfindən Xanlar küç. 24, mən. 21, Aydın Məmmədov küç. 93, mən.8, Kazım Kazımzadə küç. 3, E.Əzizov küç. dalan 2 və digər ünvanlarda yaşayan partiya veteranlarımıza zəruri ərzaq və tibbi vasitələr təqdim edildi, koronavirusla mübarizə və karantin tədbirləri haqqında onlara lazımi məlumatlar çatdırıldı. YAP könüllüləri sanitariya-gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətinə diqqət çəkərək, vətəndaşlara özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırlatdılar.
#EvdəQalVirusaYoluxma #BizSizəxidmətedərik