YAP Səbail rayon təşkilatının könüllü gəncləri karantin rejimində “Sosial xidmət” aksiyasına davam edirlər

YAP Səbail rayon təşkilatının könüllü gəncləri karantin rejimində “Sosial xidmət” aksiyasına davam edirlər.

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydər könüllü gənclərlə birlikdə aprelin 1-də Badamdar Dağ Massivi, F. Nemanzadə küçəsi 13 ünvanında yaşayan aztəminatlı və tənha partiya üzvünü ziyarət etdilər. Gənclər vətəndaşa zəruri ərzaq və tibbi vasitələr təqdim etdilər, Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirləri, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işi, vətəndaşların özlərinin və yaxınlarının sağlamlığının qorunması üçün müəyyən edilimiş qayda və tövsiyələrə, sanitar-gigiyena, profilaktik tədbirlərə əməl olunmasının əhəmiyyəti haqqında məlumat verdilər.

#EvdəQalVirusaYoluxma #BizSizəxidmətedərik

VİDEO