YAP Səbail rayon Gənclər Birliyi karantin rejimində də fəaliyyətinə davam edir

Məlum pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir.

Bu gün YAP Səbail rayon Gənclər Birliyi video konfrans vasitəsi ilə GB Rayon Şurasının onlayn iclasını keçirdi.

İclasa sədrlik edən YAP Səbail rayon Gənclər Birliyinin sədri Riyad Rüstəmli Azərbaycan hökumətinin koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirləri haqqında danışaraq, Səbail rayonu Yeni Azərbaycan Partiyası gəncləri adından ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və karantin rejimində əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin olunması üçün fədakarcasına çalışan qəhrəman həkimlərimizə, polislərimizə, hüquq-mühafizə orqanlarına və bu çətin günlərdə köməyə ehtiyacı olan tənha, yaşlı və imkansız ailələrə sosial xidmət göstərən müvafiq dövlət strukturlarının əməkdaşlarına, könüllülərə ürəkdən təşəkkür etdi.

İclasda Səbail rayon Gənclər Birliyi şurasının üzvləri milli həmrəyliyə ehtiyac olan bu günlərdə gənclərin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi apardılar və yaxın günlərdə Səbail rayonunda həyata keçirilməsi nəzərdə tutulan bir neçə məsələ haqqında qərarlar qəbul etdilər.

#EvdəQal #EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük