Xüsusi karantin rejimində YAP Səbail rayon təşkilatı aztəminatlı ailələri diqqət mərkəzində saxlayır
10.04.2020Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə respublika ərazisində xüsusi karantin rejiminin elan olunması tarixindən etibarən YAP Səbail rayon təşkilatı tərəfindən aztəminatlı, yaşı 65-i keçmiş tənha, ahıl rayon sakinlərinin ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlər həyata keçirilir.
Aprelin 10-da YAP Səbail rayon təşkilatının könüllü gəncləri Səbail rayonu ərazisində Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, küçə 19, Aydın Məmmədov 72 ünvanlarında və Bibiheybət qəsəbəsində ümumilikdə 8 aztəminatlı ailəyə, o cümlədən 1-ci qrup əlil anasına və tənha ahıl vətəndaşlara gündəlik lazım olan ərzaq yardımları çatdırdılar.
#EvdəQal #EvdəQalBiganəQalma #BizBirlikdəGüclüyük